14 oktyabr - Dünya Standartlaşdırma Günüdür
1946-cı il oktyabrın 14-də Londonda 25 dövlətin nümayəndələrinin iştirak etdiyi milli standartlaşdırma təşkilatlarının ümumi konfransının açılışı olub.
Konfransda Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) yaradılması haqqında qətnamə yekdilliklə qəbul edilib.
Ümumdünya Standartlar Günü 1970-ci ildə ISO prezidenti Faruk Sunterin təşəbbüsü ilə təsis edilib. Bu gün 162 ölkədə ISO-nun üzvü olan milli standartlar təşkilatları fəaliyyət göstərir.
Standartlaşdırma bütün maraqlı tərəflərin iştirakı ilə hər hansı bir fəaliyyətin sadələşdirilməsi üçün vahid qaydaların müəyyən edilməsi deməkdir.
Azərbaycanda da standartlaşdırma sisteminin təkmilləşdirilməsi, beynəlxalq tələblərə uyğunluğun gücləndirilməsi və müasir keyfiyyət infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülür.
@bakutvxeber
Post #135808
1.74K

- 👍 3
- ❤ 1