TGViewer
Baku TV Baku TV @bakutvxeber · 26.2K subscribers
Post #135807 1.57K
Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru olan Samid İmanov 2016-cı ilin Aprel döyüşlərində, Talış istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Vətənə sədaqəti və döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Xatırladaq ki, orta təhsilini başa vurduqdan sonra indiki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olub, 2003-cü ildə hərbi təhsilini fərqlənmə ilə bitirib və Ulu Öndər Heydər Əliyev tərəfindən mükafatlandırılıb.

Samid İmanovun həyat yolu Vətən sevgisinin, cəsarətin və fədakarlığın nümunəsidir. Onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

@bakutvxeber
  • ❤ 6
  • 👍 6
  • ❤‍🔥 2
  • 🙏 2
  • 🤡 1
More from @bakutvxeber
  1. Oct 14, 2026❗️Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə…
  2. Oct 14, 2026❗️İstanbulda güclü yağış şəhərin həyatını iflic edib Bir çox rayonda yolları su basaraq gö…
  3. Oct 14, 2026❗️İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb @bakutvxeber
  4. Oct 14, 2026❗️Ukrayna İlə ABŞ arasında yeni danışıqlar təşəbbüsü Bu və digər mövzularla bağlı 15 oktya…
  5. Oct 14, 2026❗️İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb @bakutvxeber
  6. Oct 14, 2026❗️İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib @…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →