Стихотворение Ахмед Джавада - "Наш язык".
Baxaq dilimizə, nələr görünür?
Oxuyub anlamaq yazmaqdan gücdür.
Yazan düşünmədən yazsa da belə,
Oxucu beş-on gün gərək düşünə:
Ki, anlasın bu söz ərəbmi, farsmı?
О ki, qaldı məna... anlayan hanı.
Çoxları anlamaz millətdən, aydın,
Bircə parçasımı şair yazanın.
Gün oldu şairlər, göyə çıxdılar,
Bu yazıq millətə ordan baxdılar.
“Od” etmədi, yağdı “atəş” başına,
“Siyah” qondardılar “qara” qaşına.
Alınır “dil”ləri “zəban” verilir,
Ismarlanıb “baran”, “yağmur” kəsilir.
“Ağ”ları “bəyaz”a, “san”sı “zərd”ə
Döndü. Can dayanmaz bu ağır dərdə.
Dəyişdi hər şeyi, “bum” oldu “bayquş”,
“Əlbəse” geyildi, “paltar” qaldı boş.
“Düzlüy”ün yerində bir “istiqamət”
Görərək, yeməli, zənn etdi millət.
Çalındı “qardaşı” gəldi “bəradər”,
“Bacı”nın yerində “həmşirə” gezər.
Nədir bu qiyamət, nə işdəsiniz?
Ey bizim qocaman ədiblərimiz?
Yaxasından tutub bu “el oğlunu”
Fars ilə ərəbin bir “həmvətən”i
Şəklinə soxdunuz, baxmız sonra,
Oxunacaq lənət belə yazana!
#азербайджанский #азербайджанскийязык #азербайджан #баку
Post #2665
556

- 👍 3
- ❤ 1
- ✍ 1