TGViewer
🇦🇿 Азербайджанский язык Azərbaycan dili @azerc 🇦🇿 Азербайджанский язык Azərbaycan dili @azerc @azerc · 4.29K subscribers
Post #2207 1.12K
​🇦🇿 Çoxbilmiş

Bir nəfər üzünü qırxdırmaq üçün gəldiyi bərbərdə maraqlı söhbətə dalır. Elə söhbətin şirin yerində bərbərin gözü qapının ağzından keçən üstü-başı sökülmüş uşağa sataşır. Bərbər müştərinin qulağına əyilib pıçıldayır:
– Bu uşağı görürsən,dünyanın ən axmaq uşağıdır. İnanmırsan bax.
Bərbər bunu deyib uşağı yanına çağırır. Uşaq sakitcə bərbərxanaya girir. Üzündə axmaq bir təbəssüm var idi. Salamlaşdıqdan sonra bir tərəfdə dayanır. Bərbər bir əlində beşlik, bir əlində onluq ona yaxınlaşır və deyir:
– Hansını istəyirsənsə, götürə bilərsən.
Uşaq bir beşliyə, bir onluğa baxır, sonra da beşliyi götürüb sürətlə bərbərxanadan çıxır.
Bərbər üzünü müştərisinə tutub gülərək deyir:
– Gördün? Mən sənə demişdim axı...
Bir az sonra müştəri bərbərxanadan çıxarkən bir az irəlidə öz-özünə oynayan uşağı görür.
Yanına gedib niyə onluğu yox, beşliyi götürdüyünü soruşur. Uşaq bu dəfə heç də axmaq olmayan bir təbəssümlə cavab verir:
– Əgər onluğu götürsəm,onda oyun bitər!


Lüğət:
çoxbilmiş - очень умный
üzünü qırxmaq - бриться
söhbət - разговор
bərbər - парикмахер
bərbərxana - парикмахерская
gözü sataşmaq - случайно заметить
pıçıldamaq - шептать
müştəri - клиент
sakitcə - потихоньку
təbəssüm - улыбка
salamlaşmaq - здороваться
beşlik, onluq - пятёрка, десятка (о деньгах)
sürətlə - быстро
həqiqətən - действительно
bilərəkdən - нарочно

#азербайджанский #азербайджанскийязык #азербайджан #баку
  • 🔥 4
  • ❤ 1
More from @azerc
  1. Oct 5, 2026​​🇦🇿 Mətbəx əşyaları – Кухонные вещи Soba - духовка Soyuducu - холодильник Qabyuyan maşı…
  2. Oct 5, 2026​​🇦🇿 Zaman - Время Saniyə - секунда Dəqiqə - минута Saat - час Gün - день Həftə - неделя…
  3. Oct 4, 2026Post #2764
  4. Oct 3, 2026🇦🇿🇦🇿🇦🇿 #азербайджанский #азербайджанскийязык #азербайджан #баку
  5. Oct 2, 2026🇦🇿🇦🇿🇦🇿 #азербайджанский #азербайджанскийязык #азербайджан #баку
  6. Oct 2, 2026​​🇦🇿 Hava - Погода Soyuq - холодный İsti - жаркий Sərin - прохладный Mülayim - теплый Bu…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →