TGViewer
🇦🇿 Азербайджанский язык Azərbaycan dili @azerc 🇦🇿 Азербайджанский язык Azərbaycan dili @azerc @azerc · 4.28K subscribers
Post #2155 1.12K
​🇦🇿 Filin nağılı

Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:
– Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa, dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım. Tərcüməçi özü də bunu görüb təəccüblənir və qəbilə adamından soruşur. Qəbilə adamı yaxınlaşıb fili sığallayır, sonra isə deyir:
– Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda o, illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmağa gücü çatmırdı. İndi güclüdür, bircə dəfə dartsa, dirəyi yerindən qopara bilər. Amma o, taleyi ilə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.


Lüğət:
fil - слон
qəbilə - племя
ip - нить
boğaz - шея
dirək - столб
tərcüməçi - переводчик
bağlamaq - привязать
sığallamaq - ласкать
dartmaq - тянуть
qoparmaq - оторвать
tale - судьба
çoxdan - давно

#азербайджанский #азербайджанскийязык #азербайджан #баку
  • ❤ 2
  • 👍 1
More from @azerc
  1. Oct 6, 2026​​🇦🇿 Hiss feilləri - Глаголы чувств Sevinmək - радоваться Kədərlənmək - грустить Şad olm…
  2. Oct 6, 2026​​🇦🇿 Fəsillər – Времена года Yaz - весна Yay - лето Payız - осень Qış - зима
  3. Oct 5, 2026​​🇦🇿 Mətbəx əşyaları – Кухонные вещи Soba - духовка Soyuducu - холодильник Qabyuyan maşı…
  4. Oct 5, 2026​​🇦🇿 Zaman - Время Saniyə - секунда Dəqiqə - минута Saat - час Gün - день Həftə - неделя…
  5. Oct 4, 2026Post #2764
  6. Oct 3, 2026🇦🇿🇦🇿🇦🇿 #азербайджанский #азербайджанскийязык #азербайджан #баку
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →