TGViewer
🇦🇿 Азербайджанский язык Azərbaycan dili @azerc 🇦🇿 Азербайджанский язык Azərbaycan dili @azerc @azerc · 4.29K subscribers
Post #1775 1.17K
Стихотворение Ахмед Джавада - "Наш язык".

Baxaq dilimizə, nələr görünür?
Oxuyub anlamaq yazmaqdan gücdür.
Yazan düşünmədən yazsa da belə,
Oxucu beş-on gün gərək düşünə:
Ki, anlasın bu söz ərəbmi, farsmı?
О ki, qaldı məna... anlayan hanı.
Çoxları anlamaz millətdən, aydın,
Bircə parçasımı şair yazanın.
Gün oldu şairlər, göyə çıxdılar,
Bu yazıq millətə ordan baxdılar.
“Od” etmədi, yağdı “atəş” başına,
“Siyah” qondardılar “qara” qaşına.
Alınır “dil”ləri “zəban” verilir,
Ismarlanıb “baran”, “yağmur” kəsilir.
“Ağ”ları “bəyaz”a, “san”sı “zərd”ə
Döndü. Can dayanmaz bu ağır dərdə.
Dəyişdi hər şeyi, “bum” oldu “bayquş”,
“Əlbəse” geyildi, “paltar” qaldı boş.
“Düzlüy”ün yerində bir “istiqamət”
Görərək, yeməli, zənn etdi millət.
Çalındı “qardaşı” gəldi “bəradər”,
“Bacı”nın yerində “həmşirə” gezər.
Nədir bu qiyamət, nə işdəsiniz?
Ey bizim qocaman ədiblərimiz?
Yaxasından tutub bu “el oğlunu”
Fars ilə ərəbin bir “həmvətən”i
Şəklinə soxdunuz, baxmız sonra,
Oxunacaq lənət belə yazana!

#азербайджанский #азербайджанскийязык #азербайджан #баку
  • 🔥 4
  • ❤ 3
More from @azerc
  1. Oct 12, 2026🇦🇿🇦🇿🇦🇿 #азербайджанский #азербайджанскийязык #азербайджан #баку
  2. Oct 12, 2026​​🇦🇿 Фразы на азербайджанском языке Bu hesabda səhvlər yoxdur? --- Здесь в счёте нет оши…
  3. Oct 11, 2026🇦🇿🇦🇿🇦🇿 #азербайджанский #азербайджанскийязык #азербайджан #баку
  4. Oct 10, 2026​​🇦🇿 Азербайджанский язык. Пополняем словарный запас ÖLKƏ (-LƏR) / СТРАНА (-Ы) DÖVLƏT (-…
  5. Oct 9, 2026​​🇦🇿 Hislər - Чувства Sevincli/xoşbəxt - счастливый Kədərli/qəmgin - грустный Şən - весё…
  6. Oct 9, 2026​​🇦🇿 Təbiət hadisələri – Природные явления Yağış - дождь Qar - снег Dolu - град Tufan -…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →