TGViewer
🇦🇿 Азербайджанский язык Azərbaycan dili @azerc 🇦🇿 Азербайджанский язык Azərbaycan dili @azerc @azerc · 4.28K subscribers
Post #1522 1.3K
​🇦🇿 Göyərçin və qarışqa

Bir yaz günü göyərçin su içməyə gedir. Birdən bir qarışqanın suda çapaladığını görür.
Göyərçin tez qarışqanın köməyinə gəlir. Dimdiyinə bir yarpaq alıb suya atır. Amma yarpaq qarışqadan xeyli uzağa düşür. Bu dəfə göyərçin dimdiyinə çöp alıb onu suya atır. Qarışqa tez çöpə dırmaşır və ölümdən xilas olur. Sahilə çıxanda qarışqa göyərçinə deyir:
- Məni ölümdən xilas etdin. Bir gün olar mən də sənə kömək edərəm.
Göyərçin qarışqanın sözünə gülür:
- Sən çox kiçiksən. Mənə necə kömək edəcəksən?
Göyərçin uçub gedir. Həmin vaxtdan xeyli keçir. Bir gün göyərçin ağacın başındakı yuvasında yatırdı. Bir ovçu ayaq barmaqlarının ucunda ağaca yaxınlaşır. Tətiyi çəkmək istəyəndə qarışqa ovçunun boynundan bərk dişləyir. Ovçu tətiyi çəksə də, göyərçini vura bilmir.
Tüfəngin səsinə göyərçin oyanır. Hər şeyi başa düşən göyərçin qarışqaya "çox sağ ol" deyir.

Lüğət:
qarışqa - муравей
çapalamaq - трепыхаться
dimdik - клюв
xeyli - много
çöp - палка
xilas etmək - спасать
yuva - гнездо
yaxınlaşmaq - приближаться
tətik - спусковой крючок
tüfəng - ружьё
dişləmək - кусать
oyanmaq - просыпаться

#азербайджанский #азербайджанскийязык #азербайджан #баку
  • ❤ 6
  • ❤‍🔥 2
More from @azerc
  1. Oct 16, 2026🇦🇿🇦🇿🇦🇿 #азербайджанский #азербайджанскийязык #азербайджан #баку
  2. Oct 16, 2026​​​🇦🇿 Фразы на азербайджанском языке Mən öz ölçümü tapa bilmirəm. --- Я не могy найти мо…
  3. Oct 15, 2026🇦🇿 Təbiət - Природа Dağ - гора Təpə - холм Qayalıq - скалы Uçurum - утёс Mağara - пещера…
  4. Oct 15, 2026🇦🇿 Комплименты на азербайджанском языке
  5. Oct 14, 2026🇦🇿🇦🇿🇦🇿 #азербайджанский #азербайджанскийязык #азербайджан #баку
  6. Oct 14, 2026​​​🇦🇿 Фразы на азербайджанском языке Mən kredit kartı ilə ödəyə bilərəm?--- Moжно мне оп…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →