TGViewer
🇦🇿 Азербайджанский язык Azərbaycan dili @azerc 🇦🇿 Азербайджанский язык Azərbaycan dili @azerc @azerc · 4.28K subscribers
Post #1463 1.52K
​🇦🇿 Göyərçinlər

Bir dəstə ac göyərçin səmanı dolaşaraq yemək axtarırdı. Bir çox yerləri gəzib-dolaşdıqdan sonra quşlar yoruldular və bir ağaca qondular. Elə həmin anda düz ağacın altına çoxlu dən səpildiyini gördülər. Göyərçinlər bu qədər bolluca yemək tapdıqlarına sevinmişdilər. Bütün göyərçinlər yerə qonub dənləri dimdikləməyə başlamışdılar ki, qəfildən üstlərinə nəhəng bir tor atıldı və quşlar tələyə düşdülər.
Göyərçinləri təşvişə düşdülər. Ağacdan bir qədər aralıda bir ovçunun əlində ox-kamanla dayandığını görmüşdülər. Başa düşdülər ki, yerə dən səpib onları torla tələyə salan elə bu ovçudur. Ovçu yerindən qalxdı və göyərçinlərə tərəf gəlməyə başladı.
Göyərçinlərin başçısı dedi: “Dostlar, hamımız tələyə düşmüşük. Əgər cəld hərəkət etməsək, ovçu bizi tutacaq. Bircə çıxış yolumuz var. Hamımız əlbir olaq və yuxarı uçub toru da özümüzlə birgə qaldıraq. Başladıq”.
Göyərçinlərin hamısı başçı ilə razılaşdılar və qanad çalıb toru da özləri ilə birgə qaldırdılar.
Ovçudan uzaqlaşdıqdan sonra isə yerə enib ehtiyatla bir-bir torun altından çıxdılar. Beləliklə, ovçunun hiyləgər tələsindən birlikdə xilas oldular.

Lüğət:
göyərçin - голубь
dəstə - стая
qonmaq - приземлиться, сесть
dən - зерно
bolluca - много
dimdikləmək - клевать
nəhəng - гигантский
tor - сетка
tələyə düşmək - попасть в ловушку
təşvişə düşmək - волноваться
səpmək - сеять
razılaşmaq - соглашаться
qaldırmaq - поднять
hiyləgər - хитрый
xilas olmaq - выживать

#азербайджанский #азербайджанскийязык #азербайджан #баку
  • ❤ 5
  • 👍 2
  • 🥰 1
  • 👏 1
  • 🥱 1
More from @azerc
  1. Oct 17, 2026🇦🇿🇦🇿🇦🇿 #азербайджанский #азербайджанскийязык #азербайджан #баку
  2. Oct 16, 2026🇦🇿🇦🇿🇦🇿 #азербайджанский #азербайджанскийязык #азербайджан #баку
  3. Oct 16, 2026​​​🇦🇿 Фразы на азербайджанском языке Mən öz ölçümü tapa bilmirəm. --- Я не могy найти мо…
  4. Oct 15, 2026🇦🇿 Təbiət - Природа Dağ - гора Təpə - холм Qayalıq - скалы Uçurum - утёс Mağara - пещера…
  5. Oct 15, 2026🇦🇿 Комплименты на азербайджанском языке
  6. Oct 14, 2026🇦🇿🇦🇿🇦🇿 #азербайджанский #азербайджанскийязык #азербайджан #баку
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →