📢 Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılır.
ℹ️ Yenilənmiş hərəkət cədvəlinə əsasən, 17 sentyabrdan həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq:
🔹 Sumqayıt–Pirşağı–Bakı xətti üzrə qrafikə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək;
🔹 Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.
🔗 Yenilənmiş hərəkət cədvəli ilə buradan tanış ola bilərsiniz:
https://ticket.ady.az/az/yeni-hereket-cedveli