🇰🇵 “Wall Street Journal”: Şimali Koreya dünyanın ən təəccüblü iqtisadi uğur hekayəsidir
🔹 “Wall Street Journal” qəzetinin dərc etdiyi məqalədə Şimali Koreyanın 2024-cü ildə iqtisadi artımının 3,7% təşkil etdiyi bildirilib. Bu, ölkənin son 8 ildə qeydə aldığı ən yüksək iqtisadi artım göstəricisidir.
🔹 Məqaləyə görə, Rusiyaya silah satışı, bu ölkəyə hərbi qüvvələrin göndərilməsi, Çinin dəstəyi və beynəlxalq sanksiyalardan yayınma Şimali Koreyanın iqtisadi artımının əsas amilləri olub.
🔹 Pxenyanda iqtisadi canlanmanın əlamətləri müşahidə edilir. Bunlara internet üzərindən taksi xidmətlərinin genişlənməsi, Çin istehsalı olan elektrik avtomobillərindən istifadə, oyun kafelərinin açılması və bir il ərzində 10 min yeni mənzilin tikilməsi daxildir.
✅İzlə:Azpulse
Post #49485
300

- ❤ 5