🇮🇱 Tanınmış israilli ravvin Dov Lior işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə məxsus torpaqlardan zeytun götürməyə israilli “məskunlaşanlara” icazə verən dini hökm çıxarıb. O, torpaqların yəhudilərə məxsus olduğunu və zeytun yığımının yəhudilərin həmin torpaqlar üzərində mülkiyyətini nümayiş etdirdiyini iddia edib.
Lior bildirib ki, fələstinlilərin nə torpaqlar, nə də orada yetişən məhsullar üzərində mülkiyyət hüquqları var. Onun iddiasına görə, bu, hətta İsrail yaşayış məntəqələrindən uzaqda yerləşən ərazilərə də aiddir.
Mənbə: İsrailin 13-cü kanalı
✅İzlə:Azpulse
Post #49362
173

- 🤬 6