Bəs sizin bu dəyərləriniz nədir?!
Əgər təhsilin məqsədi intellektin və istedadların inkişafıdırsa, niyə bir qızın xarici görünüşü onun akademik gələcəyindən daha vacib hesab edilməlidir?
Niyə məktəbli və tələbə qızlar hicabı təhsilə maneə kimi qəbul etməyə məcbur edilməlidirlər?
Niyə onlar şəxsi inancları ilə təhsil almaq hüququ arasında seçim etməli olmalıdırlar? Axı bunların bir-birinə nə aidiyyəti var?
Məgər hicab təhsil almağa maneədir?!
Gəlin, İranla maraqlı bir müqayisə aparaq.
İranda qızlar məktəblərdə və universitetlərdə hicabla təhsil alır, müxtəlif elmi sahələrdə böyük uğurlar qazanırlar.
Dərc olunmuş statistik məlumatlara əsasən, İran universitetlərində təhsil alan tələbələrin təxminən yarısı qadınlardır.
Daha maraqlısı isə budur ki, universitet tədqiqatına əsasən, İranda ixtisaslaşmış həkimlərin təxminən 40 faizi, dar ixtisaslı həkimlərin isə 30 faizi qadınlardır!
İranın Tibbi Sistem Təşkilatının rəhbəri də təxminən 21 min qadın həkim-mütəxəssisin fəaliyyət göstərdiyini bildirib. Bu rəqəm 1983-cü illə müqayisədə təxminən 30 dəfə çoxdur!
Başqa bir nümunə: 2026-cı ildə keçirilən Ümumdünya Astronomiya Olimpiadasında iranlı tələbə Sarina Alampur qızıl medal qazanıb.
Bunlar hicabın qəbul olunduğu bir cəmiyyətdə təhsil almış qadınların uğurlarına dair nümunələrdir.
Post #49044
402
𝐀𝐙𝐏𝐔𝐋𝐒𝐄 Какие этакие ваши ценности ?! Если цель образования — развитие интеллекта и талантов, то почему внешний вид девушки должен быть важнее ее академического будущего? Почему ученицы и студентки должны воспринимать платок как препятствие для образования? …
- 👍 9
- 💯 4