⭐️Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani Azərbaycan Respublikasının təhsil müəssisələrində hicabın qadağan edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərək bu addımın ölkə əhalisinin İslam və şiə kimliyinə zidd olduğunu bildirib. O, ilahi hökmlərə qarşı çıxmağın nəticələri barədə xəbərdarlıq edərək vurğulayıb:
«Azərbaycan hökuməti tağut dövründə dinə qarşı mübarizə aparan və məhv olan şəxslərin taleyindən ibrət götürsün».
O, Azərbaycan xalqının etirazlarını dəstəklədiyini bildirərək insanları etirazlarını davam etdirməyə çağırıb və vurğulayıb:
«Bu addım yalnız şəxsi maraqların müdafiəsi deyil, həm də Allahın hökmünün müdafiəsidir. Bilin ki, Uca Allah sizə yardım edəcək».
⭐️ Ayətullah Fazil Lənkərani, həmçinin İran İslam Respublikası rəsmilərini bu məsələyə münasibət bildirməyə çağırıb.
