Hicab - İmam Xamenei
İmam Xamenei hicab kitabında bizim üçün qadınlara baxışda yeni bir üfüq açır;
1-İnqilabdan əvvəl qadınların hicab üstündə aksiyaya qalxmasını tərifləyir və təyid edir, o qadınları müxtəlif qüdsi sifətlərlə vəsf edir
2-Müdiri, tələbələri, işçiləri sırf qadınlardan ibarət olan təhsil müəssisələrinin açılmasına əziz rəhbər müsbət yanaşır
3-Çadra İslamın geyimi olmamışdan əvvəl bu məntəqədə yaşayan xalqların milli geyimi olmuşdur
4-Keçmişdə zadəganların həyat yoldaşları dəyərli olduqlarını göstərmək üçün örtünür, kasıb təbəqə isə adətən hicabsız gəzirdi. İslam, hicabı hər kəsə icbari etməklə bu təbəqələşmənin qarşısını aldı. Zəif təbəqənin də dəyərli olduğunu ortaya qoydu
5-Qərbdən şərqə inkişaf adı ilə elm, texnologiya gəlmədi, hicabsızlıq, pozğunluq gəldi
6-Əziz rəhbər qadınların döyüşdə kişilər kimi iştirakını icazəli bilir. (Söhbət əsgələrin yarasını sarımaqdan, müalicədən getmir, söhbət birbaşa döyüşməkdən gedir)
Nəticə;
Biz də Azərbaycan xalqımız üçün milli geyim tərifi verməliyik.
Qadınların ictimai fəaliyyətində ancaq şəriətin halal və haramını nəzərə almalıyıq.
Qərbin təsirini ölkəmizdə sıfıra endirməliyik.
Hicab sahiblərinin ən yüngül formada cəmiyyətə uyğunsuz fərdlər kimi göstərilməsi təbliğinin qarşısını almalıyıq. Son illərdə çəkilən bəzi filmlərdə rejissorlar oğru, cinayətkar şəxsləri kamil hicabda, müsbət personajları isə hicabsız göstərməyə çalışırlar. Bu, çox diqqət olunmalı məsələdir. Nə indi, nə də heç vaxt buna yol vermək olmaz. Rəhbər kitabda hicabın məsxərə və digər vasitələrlə alçaldılmasına qarşı çox sərt mövqe ortaya qoyur.
Hicabın icbariliyini sorğulayanları qabaqlamalı, onlardan hicabın qadağası məsələsinə görə mövqe qoymalarını tələb eləməliyik.
Əziz rəhbər qadın və kişilərin ictimai fəaliyyətinə müxalif deyil, amma qaynayıb-qarışmalarına müxalifdir. Buna görə qadınlar üçün İranda bağlı hovuzlar, qadın həkimlər, öz idman zalları, təhsil müəssisələri var. Biz də buna çalışmalıyıq.
Hicabın qadağasına hicablı qadınlar tərəfindən olunan etirazları maksimum dəstəkləməliyik!
Dostlar əziyyət çəkib kitabı səsləndiriblər, zəhmət olmasa paylaşmaqla dəstək verin
Kitabın pdf versiyası
https://t.me/pdf_dini_kitablar/1092
Post #48995
375