🇷🇺 Rusiya gecə saatlarında Ukraynaya indiyədək ən böyük birgə raket və PUA hücumunu həyata keçirib. Hücum zamanı 167 silahdan istifadə olunub: 39 ballistik raket və 128 PUA.
Ballistik raket zərbələri Kiyevdəki Darnitska İstilik Elektrik Mərkəzinə və 9 mərtəbəli yaşayış binasına dəyib. Nəticədə azı 3 nəfər həlak olub, 21–27 nəfər yaralanıb. Yaralılar arasında uşaq da var.Azı 600 min nəfər elektrik enerjisiz qalıb. Ümumilikdə 26 enerji obyekti və 4 neft-qaz obyekti zərər görüb.
Zelenski hücumu “miqyasına görə qəsdən həyata keçirilmiş və nümayişkaranə xarakter daşıyan” hücum adlandırıb. O, bunun Trampın enerji sahəsində atəşkəs razılaşmasının birbaşa pozulması olduğunu və “ABŞ-a qarşı görünməmiş hörmətsizlik nümayişi” təşkil etdiyini bildirib.
Zelenski qeyd edib ki, atəşkəs dövründə Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbələr endirməyib.Xəbərdarlıq sistemləri ardıcıl ikinci gecə də uğursuz olub.
✅İzlə:Azpulse
Post #48984
286