🇦🇿 Sekulyarizmin balaca həvəskarlarına bir sirr açım.
Azərbaycanda hicab məsələsi artıq Türkiyə və İranın informasiya məkanının hüdudlarından kənara çıxıb.
Hazırda bu məsələni Qətərin “Əl-Cəzirə”si, məşhur Səudiyyə və Pakistan politoloqları, fələstinli və mərakeşli fəallar, ABŞ və Böyük Britaniyadan olan iri müsəlman bloqerlər, eləcə də Suriya və İndoneziyada çoxsaylı izləyicisi olan adi gənclər kütləvi şəkildə müzakirə edirlər.
Hətta müsəlman olmayan amerikalılar belə baş verənlərə şok içində baxır və zarafatla deyirlər ki, belə bir şeyi hətta Texasda təsəvvür etmək mümkün deyil.
Ona görə də növbəti “qoy” reportajınızda yenidən “xarici qüvvələrin müdaxiləsi”ndən danışacaqsınızsa, bu dəfə bütün dünyanı ittiham etməyi unutmayın.
Çünki nə “Avroviziya”, nə Formula-1, nə Avropa Oyunları, nə dünyanın ən böyük KFC-si, nə də Avropanın ən böyük kazinosu Azərbaycana sizin bu biabırçılığınız qədər beynəlxalq məşhurluq gətirə bilib.
Post #48808
697
- 👍 27
- 💯 5