⚡️Türkiyənin Azərbaycandakı səfirliyi Hakan Fidanla bağlı yayılan məqaləyə sərt reaksiya verdi
Bu gün (17 oktyabr) başda “Qafqazinfo” olmaqla, bəzi xəbər saytlarında yayımlanan “Hakan Fidanın GYF-dəki görüşünün pərdəarxası” başlıqlı məqalə tamamilə əsassız böhtanlara əsaslanır.
Sözügedən yazı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərər vurmağı hədəfləyən dairələrin dezinformasiya cəhdindən başqa bir şey deyil.
Hörmətli nazirimiz Bakıya səfəri zamanı çoxsaylı şəxslərlə nəzakət məqsədilə xatirə şəkilləri çəkdirib. Onların arasında Azərbaycanda qanuni statusa malik bir təşkilatın üzvləri də olub.
Məqalədə nazirimizin gizli görüş keçirdiyi və müxtəlif göstərişlər verdiyi barədə irəli sürülən iddialar qətiyyən həqiqətə uyğun deyil.
Məqalədə, həmçinin Türkiyə Böyük Millət Məclisinə göndərildiyi iddia olunan məktuba istinad edilərək reallıqla heç bir əlaqəsi olmayan böhtanlar irəli sürülür. Belə bir məktub mövcud deyil.
Məqalədə yer alan “daxili işlərə müdaxilə planları”, “kəşfiyyat əməliyyatları”, “dövlət çevrilişi və xaos planları”, eləcə də “təsir agentlərinin yetişdirilməsi” kimi ifadələr qardaş Azərbaycan xalqını Türkiyəyə qarşı qızışdırmaq məqsədi daşıyan qəsdən uydurulmuş yalanlardan ibarətdir.
Azərbaycan və Türkiyə ictimaiyyətinin bu cür alçaq böhtanlara, həqiqətlə heç bir əlaqəsi olmayan və manipulyasiya məqsədi daşıyan iddialara inanmamasının vacibliyini diqqətə çatdırırıq.
Mənbə: Türkiyənin Bakıdakı səfirliyi
#Hicaba_azadlıq
#Türkiyə
#Azərbaycan
Abunə olun🟢Ar-Rad GA
Post #148249
1.02K
Forwarded from Ar-Rad (Gündəm Azərbaycan)
X (formerly Twitter) Türkiye in Azerbaijan (@TC_BakuBE) on X Bugün (17 Ekim) başta Qafqazinfo olmak üzere bazı haber organlarında yayımlanan “Hakan Fidan’ın GYF’deki görüşmesinin perde arkası” başlıklı haber metni, bütünüyle asılsız iftiralara dayanmaktadır…- 🔥 24
- 🤔 3
- ❤ 2
- 👍 1