TGViewer
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 @ar_rad_info · 25.2K subscribers
Post #148074 2.33K

Forwarded from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir

Plana uyğun olaraq əvvəlcə hərbi qulluqçulara brifinq təqdim edilib, qarşıya qoyulan vəzifələr, onların yerinə yetirilmə ardıcıllığı və uçuşların təşkili qaydaları dəqiqləşdirilib.

Sonra iştirakçılar arasında koordinasiyanın təmin edilməsi, eləcə də nəzərdə tutulan fəaliyyətlərin plan üzrə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Təlimin növbəti mərhələsində təyyarə və helikopterlərin uçuşları həyata keçirilib. Uçuşlar zamanı aviasiya vasitələrinin tətbiqi və müəyyən edilmiş əməliyyatların yerinə yetirilməsi üzrə fəaliyyətlər məşq etdirilib.

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin qatıldığı təlimin əsas məqsədi şəxsi heyətin peşəkar hazırlığının artırılması, qarşılıqlı təcrübə mübadiləsini genişləndirilməsi və birgə fəaliyyət imkanlarının təkmilləşdirilməsidir.

Qeyd edək ki, “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi oktyabrın 20-dək davam edəcək.

#BƏƏ
#Azərbaycan

Abunə olun🟢Ar-Rad GA
  • 🔥 53
  • 🤔 6
  • 🤬 3
  • ❤ 1
  • 👎 1
More from @ar_rad_info
  1. Oct 16, 2026☄️Jurnalist: Ukraynada Starlink xidmətinin dayandırılması barədə göstərişi siz verməmisini…
  2. Oct 16, 2026☄️İşğalçı ordunun iddiası: "Səhv müəyyənləşdirmə səbəbindən Livanın cənubunda səmaya doğru…
  3. Oct 16, 2026☄️Tramp: Neftin qiyməti çox tezliklə aşağı düşəcək. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #H…
  4. Oct 16, 2026❗️❗️❗️ Qala qəsəbəsində valideynlər həbs və uşaqlarının əllərindən alınması ilə hədələnir…
  5. Oct 16, 2026☄️İvritdilli mənbələr işğal altındakı Təl-Əvivin bəzi ərazilərində mobil sığınacaqların ye…
  6. Oct 16, 2026☄️Hörmüz boğazının qaydaları pozan gəmilərin üzünə tam bağlanmasından sonra dünya bazarınd…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →