☄️ İmam Sadiq (əleyhissəlam) böyük bir inqilaba hazırlaşırdı. Bunun üçün ordu və tələbələr yetişdirmişdi. Lakin bu məqsəd həyata keçmədi. Onun tələbələri böyük səhvlərə yol verdilər.
Tarix göstərir ki, belə səhvlər üzündən müsəlmanlar öz qüdrətlərini itirəndə namuslarını və ailələrini qorumaq üçün dağlara, meşələrə qaçmağa məcbur olublar.
Heç kim əminliklə deyə bilməz ki, İmam Zamanın (ə.f.) zühuruna beş il, yaxud on il qalıb. Xeyr, məsələ belə deyil! Bizim daxilimizdə dünya sevgisi və dünya qorxusu o qədər güclüdür ki, əgər bu vəziyyətdən çıxmasaq, mübarizə aparmasaq və Allah qarşısında üzüağ olmasaq, gələcəkdə namusumuzu və ailələrimizi qorumaq üçün dağlara qaçmağa məcbur qala bilərik.
Əgər indiki ümmət bu imtahandan üzüağ çıxmasa, Allah yüz il sonrakı ümmətlə Öz işini görəcək. Heç kim unudulmaz və əvəzolunmaz deyil!
Bəlkə də Varlıq müharibəsi cəmi bir neçə gün sonra başlayacaq, amma biz hələ də baş verənlərin ciddiliyini və mahiyyətini tam dərk etmirik.
Necə deyərlər, Allahın heç kimlə qohumluğu yoxdur! Allah Özü də əvvəlcədən buyurub ki, insanlar özlərində olanı dəyişməyincə, Allah onların vəziyyətini dəyişməz.
Deməli, dəyişməli olan ilk növbədə özümüzük!
#Müqavimət_Cəbhəsi
#Epşteyn_Alyansı
#Haqqla_Batilin_Müharibəsi
Abunə olun 🟢 Ar-Rad İnfo
Post #148035
1.3K
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 ☄️ İlahi, bu ümməti seçilmiş ümmətlərdən qərar ver, yoxsa... #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo
- ❤ 68
- 💯 20
- 🥰 1
- 😢 1