TGViewer
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 @ar_rad_info · 25.2K subscribers
Post #147978 2.69K

Forwarded from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Papuaşvili sionist rejim parlamentinin sədri ilə görüşüb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sionist rejim parlamentinin - Knessetin sədri Amir Ohana ilə görüşüb.

Bu barədə Gürcüstanın KİV-i məlumat yayıb.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sionist rejimin parlamenti olan Knessetin sədri Amir Ohana ilə görüşüb.

Görüşdə gürcü və cuhud xalqları arasında əsrlər boyu davam edən dostluq əlaqələri, eləcə də iki ölkə arasında dinamik inkişaf edən münasibətlər vurğulanıb.

Tərəflər sionist rejimdə və Yaxın Şərq regionunda baş verən hadisələri müzakirə ediblər. Şalva Papuaşvili Gürcüstanın Yaxın Şərqdə sülh və sabitliyə yönəlmiş səyləri dəstəklədiyini bildirib.

Sionist rejimdə keçirilməsi planlaşdırılan parlament seçkiləri, bu istiqamətdə mövcud vəziyyət və gözləntilər də müzakirə olunub.

İkitərəfli münasibətlərə toxunan tərəflər iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini, bunun yüksək səviyyəli qarşılıqlı səfərlərin tezliyində də özünü göstərdiyini qeyd ediblər. Parlamentlərarası əməkdaşlığın səmərəliliyi xüsusi vurğulanıb.

Görüş İtaliyanın paytaxtı Romada keçirilən Avropa Şurasına üzv ölkələrin parlament sədrlərinin konfransı çərçivəsində baş tutub.

Görüşdə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze, Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili və “Xalqın Gücü” parlament siyasi qrupunun sədr müavini Eka Sepaşvili də daxil olmaqla, parlament nümayəndə heyətinin üzvləri iştirak ediblər.

#Cuhud_rejimi
#Gürcüstan
#Azərbaycan

Abunə olun 🟢 Ar-Rad GA
  • 🤬 99
  • ❤ 3
  • 🔥 3
  • 🥰 1
More from @ar_rad_info
  1. Oct 17, 2026⚡️Yəmənli Kəmal Şərəfin şərəfinə eşq olsun! O, Bakı məktəblərində hicabın qadağan olunması…
  2. Oct 17, 2026Düz 17 il əvvəl 16 Oktyabr tarixində bu hakimiyyət Türkiyə ilə arası pisləşmişdi deyə Dağü…
  3. Oct 17, 2026🔠Azərbaycanda hicabdan başqa təhsil sektorunda heç bir "problem" yoxdur? Məsələn, Azərbay…
  4. Oct 17, 2026❗️❗️❗️ Gürcüstan şiələri Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirmək istəy…
  5. Oct 17, 2026🤲🏻 Şəhid Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Rəhbəri, müqavimət cəbhəsinin uğuru…
  6. Oct 16, 2026Audio Azərbaycan Araşdırma Mərkəzində Hz.Zeynəbin mövlud mərasimi keçirilib. Mərasimdə Şey…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →