⚡️Azərbaycan Ordusunun bölmələri NATO standartları üzrə qiymətləndirmə təlimini uğurla başa vurub
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına bəyan edilmiş Azərbaycan Ordusunun sülhməramlı taborunun və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin ilkin mərhələsi uğurla başa çatıb.
Təlim çərçivəsində bölmələrin silahlanmasında olan hərbi texnika, təchizat və avadanlıqlara baxış keçirilib, onların NATO standartlarına və tələblərinə uyğunluğu yoxlanılıb.
Qeyd edək ki, qiymətləndirmə NATO-nun Quru Qoşunları Komandanlığının iştirakı ilə Alyansın müxtəlif qərargahlarından və tərəfdaş ölkələrdən olan ƏİK üzrə qiymətləndiricilər tərəfindən həyata keçirilir.
#NATO
#Azərbaycan
Abunə olun🟢Ar-Rad GA
Post #147833
2.64K


