TGViewer
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 @ar_rad_info · 25.3K subscribers
Post #147579 1.57K
❗️❗️❗️

Ceyranbatan qəsəbəsindəki 1 nömrəli məktəbdə hicablı şagirdlərə təzyiq göstərildiyi bildirilir

İzləyicimizin verdiyi məlumata görə, dünən Ceyranbatan qəsəbəsində yerləşən 1 nömrəli məktəbdə keçirilən etirazlar zamanı üç nəfər məktəbin daxilinə, guya söhbət aparmaq məqsədilə dəvət edilib.

Onlardan birinin adının Ramazan olduğu və sünni qardaşlarımızdan biri olduğu bildirilir. Onun məktəb direktoru ilə söhbət apardığı, digər iki nəfərin isə başqa otağa aparıldığı qeyd olunur.

İzləyicimizin sözlərinə görə, həmin iki nəfər mülki geyimli polis əməkdaşları olub. Onlardan birinin adının Nicat olduğu və məsciddə mütəmadi olaraq xidmət edən şəxslərdən biri olduğu bildirilir.

Məlumat verən şəxs qeyd edir ki, onlar həmin şəxslərin məktəbdən nə vaxt çıxacağını gözləsələr də, sonradan hər iki şəxsin məktəbin arxa qapısından aparıldığını və artıq məktəbdə olmadıqlarını öyrəniblər.

İzləyicimizin verdiyi məlumata əsasən, məktəbdə şagirdlər sinif otaqlarından çıxarılaraq ayrı-ayrı otaqlara aparılır, hicablı qızlardan hicablarını çıxarmaları tələb olunur. Bildirilir ki, həmin otaqlardan birində kamera da var və məktəb psixoloqu hicablı şagirdlərə hicablarını çıxarmaları üçün təzyiq göstərir.


Şəkil Nicat adlı şəxsə məxsusdur

Adminlə əlaqə @Ar_Rad_Admin
Məlumatlar anonim saxlanılır

#Hicaba_Azadlıq

Abunə olun 🟢 Ar-Rad İnfo
  • 🤬 76
  • 🔥 2
  • 😱 1
More from @ar_rad_info
  1. Oct 13, 2026Heydər Əliyevlə İlham Əliyevin İslama qarşı ziddiyyətli mövqeləri.! Hicab qadağasına etira…
  2. Oct 13, 2026❗️❗️❗️ Maştağa, 187 nömrəli orta məktəb Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxl…
  3. Oct 13, 2026Deyirlər ki, Məktəblərdə hicab — ölkəni sabitsizləşdirmək üçün qonşu dövlətlərin maraqları…
  4. Oct 13, 2026❗️❗️❗️ Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır #Hicaba_Azadlıq Abunə olun…
  5. Oct 13, 2026Gəlin məsləyə aydınlıq gətirək! Ailə rejiminin "İran" propaqandası https://www.instagram.c…
  6. Oct 13, 2026☄️ Türkiyə mediası şiddətli şəkildə Əliyev rejimini hədəfə alıb Adminlə əlaqə @Ar_Rad_Admi…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →