⚡️Fransada “Thales” şirkətinin beynəlxalq müqavilələrində korrupsiya şübhələri ilə bağlı aparılan istintaq Azərbaycanı da əhatə edir
Fransanın Milli Maliyyə Prokurorluğu 2023-cü ilin iyun ayından etibarən ölkənin müdafiə sənayesi şirkəti “Thales”in xaricdəki fəaliyyəti, o cümlədən Azərbaycanla əlaqəli korrupsiya şübhələri üzrə istintaq aparır.
Prokurorluğun açıqlamasına görə, araşdırma hərbi və mülki təyinatlı məhsulların xarici ölkələrə satışı ilə bağlı müqavilələrdə mümkün şübhəli halları əhatə edir.
İstintaq çərçivəsində 2024-cü ilin iyun ayında “Thales” şirkətinin müxtəlif bölmələrində axtarışlar aparılıb. Fransanın “Le Monde” qəzeti istintaq tədbirlərinin şirkətin bir neçə ölkədə yerləşən ofislərini də əhatə etdiyini bildirib.
“Thales” şirkəti isə davam edən istintaqla bağlı şərh verməkdən imtina edib.
Bu hadisələr “Thales”in Azərbaycandakı keçmiş əməkdaşı Məhəmməd Sahanla bağlı iş fonunda baş verir.
“Le Monde” qəzetinin məlumatına görə, Məhəmməd Sahan 2022-ci ilin fevral ayından etibarən Azərbaycanda keçmiş işəgötürəninin vəsaitlərini mənimsəmək ittihamı ilə həbsdə saxlanılır.
#Fransa
#Azərbaycan
Abunə olun 🟢 Ar-Rad GA
Post #147373
1.23K
