❗️❗️❗️
İzləyicilərimizdən:
Hazırkı həssas vəziyyətdə hər kəsin təmkinli və ehtiyatlı davranması vacibdir. İctimai etirazlar zamanı təxribat cəhdlərinin baş verməsi və yaranmış vəziyyətdən dindarların əleyhinə təbliğat məqsədilə istifadə olunması ehtimalı nəzərə alınmalıdır.
Hazırda vətəndaşlar hicabla bağlı qadağalara etiraz edir, dini azadlıq və təhsil hüquqlarına hörmət edilməsini tələb edirlər. Bu etirazların mahiyyətinin təhrif edilməməsi üçün onların dinc çərçivədə keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Buna görə də etirazlar zamanı məktəb binalarına, küçə və prospektlərə, eləcə də digər ictimai əmlaka zərər vurulmasına yol verilməməlidir. İştirakçılar qəsdən qarşıdurma yaratmağa çalışan şəxslərdən uzaq durmalı, emosiyalara qapılmadan hərəkət etməlidirlər.
Hakimiyyətin təxribatlardan istifadə edərək etirazların mahiyyətini dəyişdirməyə və məsuliyyəti xarici qüvvələrin üzərinə atmağa çalışması ehtimalına qarşı xüsusilə diqqətli olmaq lazımdır.
Haqlı tələblərin kölgədə qalmaması üçün təmkinli davranmaq, təxribatlara uymamaq və dinc etiraz mövqeyini qorumaq hər kəsin məsuliyyətidir. Haqlı olduğunuz halda haqsız vəziyyətə düşməyin.
Adminlə əlaqə @Ar_Rad_Admin
#Hicaba_Azadlıq
Abunə olun 🟢 Ar-Rad İnfo
Post #147183
2.47K
- ❤ 93
- 💯 18
- 😁 1