☄️ ABŞ-nin Nyu-Meksiko ştatında qaz boru kəməri partlayıb — hadisənin səbəbi məlum deyil!
🔸 ABŞ-nin Nyu-Meksiko ştatının San-Xuan bölgəsində, Laboka ərazisində Harvest Midstream şirkətinə məxsus qaz boru kəmərində partlayış baş verib. Partlayış nəticəsində alovun hündürlüyü təxminən 30–45 metrə çatıb, yer titrəyib və ətraf ərazilərdə elektrik enerjisinin verilişi kəsilib.
🔸 Yerli sakinlərdən biri partlayışın səsini evinin yaxınlığında F-16 qırıcı təyyarəsinin mühərrikinin işə salınmasına bənzədib.
🔸 Boru kəmərini istismar edən şirkət zədələnmiş hissədə qaz axınının dayandırıldığını və əməliyyat qruplarının xilasedicilərlə birgə işlədiyini bildirib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Partlayışın səbəbi isə hələlik məlum deyil.
#ABŞ
Abunə olun 🟢 Ar-Rad İnfo
Post #146865
2.2K

- 🔥 78
- ❤ 15
- 👍 7
- 👏 3