☄️Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp növbəti dəfə telefon danışığı aparıblar
Əvvəlcə Tramp Putini ötən ad günü münasibətilə təbrik edib və həyat yoldaşı Melaniyanın salamlarını çatdırıb.
Danışıqların əsas mövzusu Rusiya neft məhsullarının ABŞ bazarına tədarükünə tətbiq edilən Amerika sanksiyalarının ləğvi olub. Tərəflər Ukrayna böhranının nizamlanması məsələsinə də toxunublar.
Putin bildirib ki, Kiyev Rusiyadakı mülki obyektlərə terror hücumları həyata keçirməklə münaqişəni gərginləşdirir.
Onun sözlərinə görə, bunun ən bariz nümunəsi Dövlət Dumasına seçkilərin əsas səsvermə günü baş verib. Həmin vaxt Ukrayna Moskvaya kütləvi şəkildə pilotsuz uçuş aparatları göndərib.
Putin iddia edib ki, bununla Kiyev sülh danışıqlarının bərpası imkanını pozub. İndi Kreml belə bir dialoqun nə dərəcədə aktual olduğunu nəzərdən keçirir.
Tramp cavabında müvafiq mesajları Ukrayna tərəfinə çatdıracağına söz verib. Hazırda Ukrayna nümayəndələri Mayamidə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparırlar.
Telefon danışığından sonra Tramp Rusiya ilə razılaşma əldə etdiyini açıqlayıb.
Razılaşmaya əsasən, Moskva Vaşinqtona dərhal 300 min tondan çox dizel yanacağı, noyabr ayı ərzində daha 500 min ton, bundan dərhal sonra isə əlavə 1 milyon ton dizel tədarük etməyə hazırdır.
Gələcəkdə tədarük həcmi daha 3 milyon ton arta bilər.
#Rusiya
#ABŞ
#Ukrayna
Abunə olun 🟢 Ar-Rad İnfo
Post #146729
1.86K
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 ☄️ Donald J. Trump: ➤ Mən indicə Rusiya Prezidenti Vladimir Putinlə çox uğurlu müzakirə apardım. ➤ Müzakirə zamanı razılıq əldə olundu ki, Rusiya dərhal Amerika və qlobal bazara 300.000 tondan çox dizel yanacağı tədarük edəcək. ➤ Noyabr ayı ərzində əlavə…
- 🤬 86
- 😁 4
- ❤ 2
- 👎 2