TGViewer
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 @ar_rad_info · 25.3K subscribers
Post #146548 2.17K
❗️❗️❗️

Hicab qadağası ilə bağlı məktəb direktoru tərəfindən təqdim edilən Akt

Bakı şəhəri 226 №-li tam orta məktəb

Tarix: 09.10.2026

Biz aşağıda imza edənlər bu aktı ondan ötrü tərtib edirik ki, aşağıda adları qeyd olunan valideynlər məktəbə dəvət olundu. 09.10.2026-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrinin geyim formalarının təsvirləri” haqqında qərarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı ildə 309 nömrəli qərarı ilə dəyişiklik edilməsi barədə onlara məlumat verildi.

Yeni qaydalara əsasən şagirdlərin geyim forması ilə təmin olunması valideynlərin (qanun nümayəndələrinin) öhdəsindədir. Təhsil alanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Geyim forması səliqəli və təmiz saxlanılmalıdır. Şagird dərsə başlamazdan əvvəl üst geyimlərini çıxarmalıdır. Müəyyən edilmiş geyim tələblərinə, o cümlədən dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, parçadan hazırlanmış qulaqlıq, makiyaj və saqqal, baş örtüyü olmamalıdır.

Əgər bu pozuntulara yol verilərsə, 12 oktyabrdan şagirdlər dərsə buraxılmayacaqdır.

Valideynin adı, soyadı, imza: ____

İmza: ____

Məlumat 8-ci sinif rəhbəri ____ tərəfindən çatdırıldı.


P.s Adminlə əlaqə @Ar_Rad_Admin

#Hicaba_Azadlıq

Abunə olun 🟢 Ar-Rad İnfo
  • 🤬 157
  • ❤ 4
  • 🔥 3
  • 👏 1
  • 🤔 1
More from @ar_rad_info
  1. Oct 13, 2026☄️🇦🇿 Hicab qadağasına susma! #Hicaba_azadlıq #Hicab_qadağasına_susma Abunə olun 🟢 Ar-Ra…
  2. Oct 13, 2026❗️❗️❗️ Adminlə əlaqə @Ar_Rad_Admin #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo
  3. Oct 13, 2026❗️❗️❗️ Adminlə əlaqə @Ar_Rad_Admin #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo
  4. Oct 13, 2026☄️🇷🇺🇨🇳 Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Çin Rusiya ilə birlikdə iki ölkə…
  5. Oct 13, 2026⚡️Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib Sabunçu rayonu,…
  6. Oct 13, 2026❗️❗️❗️ İzləyicilərimizdən xahiş edirik ki, bizə yalnız öz çəkdikləri videoları göndərsinlə…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →