TGViewer
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 @ar_rad_info · 25.1K subscribers
Post #146546 2.13K
❗️❗️❗️

Məktəb direktorları tərəfindən hicabın qadağası barədə təqdim edilən sənəddə qeyd olunur:

Pedaqoji Şuranın qərarının icra mexanizmi

1. Qərar böyük şriftlərlə yazılmalı və məktəbin görünən yerində asılmalıdır.

2. Sinif rəhbərləri şagirdlərə bu qərarı kommunikasiya etməli və qərardan çıxan tələblərinin yerinə yetirilməsinin mütləq olduğunu bildirməlidir.

3. Valideyn qruplarına mesajlar getməlidir (əlavə olunur).

4. Hər gün bütün sinif rəhbərləri məktəb rəhbərlərinə qərarda göstərilmiş tələblərə riayət etməyənlərin sayının azalması ilə bağlı məlumat verməlidir.

5. Məktəbə vahid geyim tələblərinə uyğun olmayan geyimdə daxil olan şagird məsələni müzakirə etmək üçün məktəbin daxilində əvvəlcədən təyin edilmiş otağa dəvət olunur. Qərar şagirdə sakit, aydın və etik ünsiyyət çərçivəsində izah edilir. Valideyn məktəbə dəvət edilir və qaydalar ona da etik və aydın şəkildə izah olunur. Razılıq əldə edildikdə və şagird qaydalara əməl etməyə hazır olduqda, dərslərdə iştirakını davam etdirir. Razılaşma əldə olunmadıqda və ya həmin gün qaydalara əməl etmək mümkün olmadıqda, məsələ valideynlə razılaşdırılaraq şagirdin məktəbdən ayrılması təmin edilir.

6. Bu qaydalara əməl etməyən şagirdlərin valideynləri hissə-hissə (direktor özü bu vaxtı təyin edir) valideynlərlə görüşüb Pedaqoji Şurada qəbul olunmuş qərarların şərtsiz yerinə yetirilməli olduğunu bir daha xatırlatmalı və bu proses 10 oktyabradək davam etməlidir. Riayət etməyən valideynlər təkrar-təkrar məktəbə dəvət olunmalıdır. Narazı valideynlərlə kütlə şəklində deyil, fərdi şəkildə görüş olmalıdır.

7. Yaşıl kateqoriya üzrə (pozuntu hallarının sayının 15-ə qədər olduğu) məktəblərdə 12 oktyabrdan etibarən qaydalara riayət etməyən şagirdlərin məktəbə buraxılmayacağı bildirilməlidir.


P.s Adminlə əlaqə @Ar_Rad_Admin

#Hicaba_Azadlıq

Abunə olun 🟢 Ar-Rad İnfo
  • 🤬 148
  • ❤ 4
  • 🔥 3
  • 😁 2
More from @ar_rad_info
  1. Oct 11, 2026🤲🏻 Şəhid Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Rəhbəri, müqavimət cəbhəsinin uğuru…
  2. Oct 10, 2026Məsələ çox ciddidir. Uşaqlarımızın əlimizdən alınması prosesi getdikcə sürətlənir...
  3. Oct 10, 2026☄️Səudiyyə Ərəbistanının aviasiya qurumu açıqlayıb: Ər-Riyad hava limanına hücum nəticəsin…
  4. Oct 10, 2026☄️ Ardı-arası kəsilmir. Birbaşa İslam dinini hədəfə alırlar Adminlə əlaqə @Ar_Rad_Admin #H…
  5. Oct 10, 2026☄️ Artıq İslama qarşı nifrətlərini gizli saxlaya bilmirlər. İllərlə dedik ki, İran bəhanəd…
  6. Oct 10, 2026⚡️⚡️⚡️⚡️⚡️ ☄️ Səudiyyə Ərəbistanı Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanının raket hüc…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →