TGViewer
Ar-Rad Hərbi Ar-Rad Hərbi @ar_rad_herbi · 1.73K subscribers
Post #6312 2.17K
⚡️Bakıda NATO təlim kursu başlayıb

Azərbaycan və NATO arasında Sülh Naminə Tərəfdaşlıq proqramının bir hissəsi olaraq, Bakıda "Tərəfdaşlıq İmkanları Təşəbbüsü" təlim kursunun üçüncü iclası və 1-ci Səviyyəli Özünüqiymətləndirmə Kursunun açılış mərasimi keçirildi.

Tədbirdə Azərbaycan Ordusundan və tərəfdaş ölkələrdən bir qrup hərbçi iştirak etdi.
Təlim, sülhməramlı ssenariyə əsaslanaraq, NATO standartlarına uyğun olaraq Hərbi Qərar Qəbuletmə Prosesi (HQQP) çərçivəsində təlimlərin planlaşdırılması və keçirilməsini əhatə edəcək.

Bu cür təlimlərin sülhməramlı əməliyyatlara hazırlığın artırılması, əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi baxımından əhəmiyyəti qeyd edildi. Bundan əlavə, NATO Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində keçirilən 1-ci Səviyyəli özünüqiymətləndirmə kursu, NATO-nun Birgə Qüvvələr Komandanlığına təyin edilmiş sülhməramlı batalyon və hərbi polis bölüyünün avadanlıqlarının və digər aktivlərinin yoxlanılmasını, eləcə də sülhməramlı əməliyyatlar zamanı taktiki bacarıqların qiymətləndirilməsini əhatə edir.


Abunə olun ️🟢 Ar-Rad Hərbi
  • 👎 2
  • 😡 1
More from @ar_rad_herbi
  1. Oct 3, 2026⚡️2025-ci ildə Pakistan-Hindistan hava müharibəsində Fransanın Rafale təyyarəsini məğlub e…
  2. Oct 3, 2026⚡️ADEX-2026 da təqdim olunan Azərbaycanın yerli istehsalı olan BARS tutucu dronu Abunə olu…
  3. Sep 30, 2026⚡️Müdafiə Nazirliyinin 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ADEX-dəki stendi və sərg…
  4. Sep 30, 2026⚡️Bakıda ADEX-2026 və Securex Caspian sərgiləri açılıb. ADEX 2026 sərgisində 33 ölkədən 45…
  5. Sep 24, 2026⚡️Azərbaycan xidmət üçün SİVRİSİNEK gəzinti sursatını alıb SavunmaSanayiST xəbər verir ki,…
  6. Sep 23, 2026⚡️Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan arasında birgə hərbi təlimlər başlayıb. Xoc…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →